SİYASƏT
RƏSMİ BAKI VƏ KİŞİNYOV İKİTƏRƏFLİ ƏLAQƏLƏRİ FƏALLAŞDIRIRLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 19-da Kişinyovda Azərbaycanın Moldova Respublikasındakı səfiri Tələt Əliyevin bu ölkənin Baş naziri Vasile Tarlevlə görüşü olmuşdur. Görüş Moldova Prezidenti Vladimir Voroninin oktyabrın 26-27-nə Azərbaycana nəzərdə tutulan səfəri ilə əlaqədar idi.
Danışıqlar zamanı müxtəlif sahələrdə, ilk növbədə, ticarət-iqtisadi sahədə Azərbaycanla Moldova arasında əməkdaşlığın fəallaşdırılmasının zəruriliyi vurğulanmışdır. Hökumətlərarası komissiya iki ölkə arasında ticarətdə əlverişli şəraitin yaradılmasına xeyli dərəcədə kömək göstərəcəkdir.
Elə həmin gün Azərbaycan səfiri Qaqauziyaya getmiş və burada muxtariyyətin rəhbərləri ilə görüşmüşdür.