İQTİSADİYYAT
RONALDİNYU DÜNYANIN ƏN YAXŞI FUTBOLÇUSUDUR
AZƏRTAC xəbər verir ki, Ronaldinyu FİFA-nın versiyasına görə, ikinci dəfə dünyanın ən yaxşı futbolçusu sayılmışdır. “Barselona”nın 25 yaşlı yarımmüdafiəçisi bu fəxri ad uğrunda mübarizədə “Çelsi”nin oyunçusu Frenk Lempardı və klub üzrə tərəfdaşı, kamerunlu hücumçu Samyuel Eto’onu arxada qoymuşdur. Sorğuda dünyanın bütün yığmalarının məşqçiləri və kapitanları iştirak etmişlər. Xatırladaq ki, Ronaldinyu noyabr ayında Avropanın ən yaxşı futbolçusu adlandırılmışdı.
Ronaldinyu 1991-ci ildə dünyanın ən yaxşı oyunçusu nominasiyası təsis olunduqdan sonra bu ada bir dəfədən çox layiq görülən üçüncü futbolçudur. Fransa yığmasının oyunçusu Zinəddin Zidan 1998, 2000 və 2003-cü illərdə ən yaxşı futbolçu adlandırılmış, Braziliya yığmasının hücumçusu Ronaldo isə bu ada 1996, 1997 və 2002-ci illərdə layiq görülmüşdür. Planetimizin ən yaxşı futbolçu qadını isə alman Birgit Prins olmuşdur.