DÜNYA
RUMINİYADAKI MÜSƏLMANLARLA BAĞLI HEÇ BİR PROBLEM YOXDUR
AZƏRTAC-ın xarici informasiya kanallarından əldə etdiyi xəbərdə deyilir ki, Rumıniyanın Misirdəki səfiri Dono Daniel jurnalistlərə müsahibəsində bildirmişdir: Rumıniya öz ərazisində “islam amili” olmasında heç bir problem görmür.
Səfir demişdir ki, Rumıniyada 74 məscid və onların 24-nün tarixi abidə kimi böyük əhəmiyyəti vardır. Ölkədə digər dinlərin nümayəndələri kimi, müsəlmanlar da tam dini etiqad azadlığına malikdirlər.
Dono Daniel qeyd etmişdir ki, Rumıniyada Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən gəlib, dini işlərlə məşğul olan adamlar vardır. Onlar Rumıniya qanunlarına riayət edir və terrorçuluq fəaliyyəti ilə məşğul olmurlarsa, hakimiyyət orqanları onların fəaliyyətinə maneçilik törətmir.
Səfirin sözlərinə görə, Rumıniyada 790 min nəfərədək müsəlman yaşayır, onların əksəriyyəti türk və tatarlardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]