SİYASƏT
RUSİYA PREZİDENTİ VLADIMİR PUTİN ÖZBƏKİSTANDA SƏFƏRDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri Daşkənddən xəbər verir ki, avqustun 6-da Rusiya Prezidenti Vladimir Putin Özbəkistana qısamüddətli işgüzar səfərə gəlmişdir. Hava limanında onu dövlət başçısı İslam Kərimov qarşılamışdır.
Avqustun 6-da prezidentlər Səmərqənddə görüş keçirmişlər. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və ikitərəfli əməkdaşlığın perspektivləri ilə yanaşı, beynəlxalq vəziyyət, habelə MDB dövlət başçılarının sentyabrda Yaltada keçiriləcək zirvə toplantısı ilə bağlı məsələlər də müzakirə edilmişdir.
Xatırladaq ki, V.Putin Özbəkistana üçüncü dəfədir səfərə gəlir. Rusiyanın baş naziri kimi onun Özbəkistan paytaxtına ilk səfəri 1999-cu il dekabrın 9-10-da olmuşdu. V.Putin Rusiyanın dövlət başçısı kimi bu respublikaya ilk dəfə 2000-ci ilin mayında rəsmi səfərə gəlmişdi.