İDMAN


Rauf Məmmədov və Eltac Səfərli “Aeroflot open” turnirində ilk qələbələrini qazanıblar

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Moskvada ənənəvi “Aeroflot open” şahmat turnirinin ikinci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, güclü şahmatçıların yarışdığı A turnirində mübarizə aparan hər iki təmsilçimiz ilk turda qələbə qazanıblar. Rauf Məmmədov rusiyalı Semyon Lomasovu, Eltac Səfərli isə Ermənistan təmsilçisi Aram Hakobyanı məğlub ediblər.

İkinci turda Rauf Məmmədov rumıniyalı Boqdan Deakla, Eltac Səfərli isə hindistanlı Çitanbaram Aravindx ilə qarşılaşacaqlar.

Turnirin B qrupunda mübarizə aparan altı şahmatçımızdan yalnız biri qələbə qazana bilib. Gənc şahmatçımız Vüqar Əsədli rusiyalı Ruslan Yandarbiyevdən güclü olub. Təmsilçilərimiz Məhəmməd Muradlı, Aydın Süleymanlı, Read Səmədov və Ülviyyə Fətəlliyevanın ilk turdakı oyunları heç-heçə nəticələnib. Xanım Balacayeva isə çinli Ninq Kayuya məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.