İDMAN
“Real Madrid”in yarımmüdafiəçisi Toni Kros iki həftə meydana çıxa bilməyəcək
Bakı, 8 yanvar, Nicat Məmmədov, AZƏRTAC
İspaniyanın "Real Madrid" klubunun almaniyalı yarımmüdafiəçisi Toni Kros zədə səbəbindən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
AZƏRTAC xəbər verir ki, həkimlər futbolçuya 10-15 gün idmanla məşğul olmağı qadağan ediblər. Toni Kros İspaniya La Liqasının 18-ci turunda "Real Sosyedad"a qarşı görüşdə 80-ci dəqiqədə əvəzlənmişdi.
T.Kros cari mövsümdə 23 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə verib.
Madrid klubu hazırda 30 xalla çempionatda beşinci sırada qərarlaşıb. İspaniya çempionatına 40 xalla “Barselona” komandası başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
- 08.05.2024 [11:59]