DÜNYA


Rəcəb Tayyib Ərdoğan: COVID-19 peyvəndinin hazırlanması istiqamətində Almaniya, Rusiya və İngiltərə ilə işlərimiz davam edir

İstanbul, 13 noyabr, AZƏRTAC

COVID-19 peyvəndinin hazırlanması istiqamətində Almaniya, Rusiya və İngiltərə ilə birgə işlərimiz davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Tekirdağ vilayətində istifadəyə verilən yeni xəstəxana binasının açılış mərasimindəki çıxışı zamanı bildirib.

Pandemiya dövründə dünyanın qabaqcıl dövlətləri də daxil olmaqla, hər ölkənin potensialının ortaya çıxdığını deyən Prezident Ərdoğan bildirib: “Pandemiya maddi cəhətdən zəngin görünən ölkələrin nə xəstəxana imkanlarının, nə də səhiyyə sistemlərinin belə bir yükü daşımağa yetərli olmadığını ortaya çıxardı. Türkiyədə isə bu dövr ərzində bir neçə müasir xəstəxana binası istifadəyə verilib. Hamımız çox yaxşı bilirik ki, mübarizə hələ bitməyib. Son həftələrdə dünyada xəstə və ölüm saylarının artması kədərli həqiqətdir. Vaksin və dərman tapılana qədər mübarizəni davam etdirməliyik”.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.