DÜNYA


Rəcəb Tayyib Ərdoğan: Türkiyə atdığı addımlarla dünyada zülm və istismar üzərində qurulmuş “nizamı” dərindən sarsıdır

İstanbul, 18 yanvar, AZƏRTAC

Şərqi Aralıq dənizindən Qarabağ məsələsinə qədər məsələlərdə qəti əzmimizi bütün dünyaya göstərdik. Türkiyə atdığı addımlarla dünyada zülm və istismar üzərində qurulan və əsrlərdir davam edən “nizamı” dərindən sarsıdır. Artıq bölgəmizdə masaüstü xəritələr tətbiq etmək, təbii sərvətlərin asanlıqla talan edilməsi məqsədilə daxili münaqişələr yaratmaq və terrorçuluğu alovlandırmaq mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) doqquz vilayət üzrə VII toplantısında bildirib.

2023-cü ildə keçiriləcək seçkilər barədə danışan Prezident Ərdoğan deyib: “AKP indiyə qədər 15 fərqli, ümumi, yerli, prezident və referendum seçkilərinə qatılıb, hər birindən də qalib çıxmağı bacarıb. Dövlətimizin atacağı növbəti addımlar baxımından hər seçim vacibdir, lakin 2023-cü il seçkiləri ölkəmiz üçün tarixi dönüş nöqtəsi olacaq”.

Türkiyə Prezidenti bildirib ki, ölkə iqtisadiyyatında sürətli inkişaf üçün bütün lazımi islahatlar aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.