İDMAN


“Red Bull Racing” komandasının pilotları “Niva”da Qobustanda gəziblər

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycanda yürüş həftəsonu ərəfəsində “Red Bull Racing” komandasının pilotları Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olublar.

Maraqlıdır ki, Daniel Rikkardo və Maks Ferstappen qoruğun ərazisində məxsusi olaraq Avstriya konserninin rəngləri ilə boyanmış “Niva” markalı avtomobilləri sürüblər. AZƏRTAC xəbər verir ki, promo kampaniyasının təşkilatçıları hər iki maşına “Mənim digər maşınım – RB14” yarlığını yapışdırıblar. Arxa şüşəyə vurulmuş daha bir yazıda deyilir: “Mən necə sürürəm? 555-2368 nömrəsi ilə Kristiana zəng edin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.