REGİONLAR
Region Liqası: “Şahdağ” “Uğur”la matçda inamlı qələbə qazanıb
Siyəzən, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Region Liqasında XIII turun oyunları çərçivəsində Qusarın “Şahdağ” futbol klubu inamlı qələbə qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən şəhər stadionunda keçirilən matçda qusarlıların rəqibi Sumqayıtın “Uğur” kollektivi olub.
Oyunun ilk hissəsi 3:0 hesabı ilə “Şahdağ”ın xeyrinə başa çatıb. Rəqib qapısından komandanın oyunçuları Sərxan Ağayev 1, Tural Cəlilov isə 2 top keçirib.
İkinci hissə də Qusar kollektivinin üstünlüyü ilə keçib. “Uğur” vurulan toplardan birinin əvəzini çıxsa da, qusarlılar daha iki dəfə fərqlənərək hesabı 5:1 ediblər. İkinci hissədə hesabına iki qol yazan Sərxan Ağayev matçda het-trik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]