ELM VƏ TƏHSİL


Rektor ADNSU-nun basketbol komandası ilə görüşüb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı universitetin basketbol komandası ilə görüşüb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Azərbaycan Basketbol Federasiyasının kuboku uğrunda keçirilən respublika turnirində II yer tutan ADNSU-nun basketbol komandasını təbrik edən rektor bu uğuru yüksək qiymətləndirib. Universitetdə tələbələrin yüksəkkeyfiyyətli təhsil almaları ilə yanaşı, həm də idman və digər yarışlarda iştirakını təmin etmək üçün hər cür şəraitin olduğunu deyən M.Babanlı basketbol komandasının qələbəsini son illərdə universitetin idman həyatında baş verən böyük nailiyyət hesab edib. Rektor əlavə edib ki, komandanın daha böyük uğurlar əldə etməsi üçün universitet hər bir dəstəyi göstərəcək.

Xatırladaq ki, Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının ali məktəblər arasında birgə təşkil etdiyi basketbol çempionatında ADNSU-nun basketbol komandası 24 komanda arasından finala çıxaraq II yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.