ELM VƏ TƏHSİL


“Rəqəmsal bacarıqlar” layihəsinə 100 yeni məktəb cəlb olunacaq

Bakı, 15 sentyabr, AZƏRTAC 

“Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunacağı yeni ümumi təhsil müəssisələrinin direktorları ilə onlayn konfrans keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov yeni tədris ilində təhsil prosesinin karantin rejimində təşkili qaydalarından danışıb.

Daha sonra "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilüfər Rəhimova, "Alqoritmika-Azərbaycan” şirkətinin layihələr üzrə şöbəsinin direktoru Qəmər Məmmədova layihənin yeni məktəblərdə tətbiqolunma mərhələləri barədə ətraflı məlumat veriblər. Şagirdlərin alqoritmik və məntiqi düşüncə qabiliyyətlərini, eləcə də proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə Azərbaycanda “Rəqəmsal bacarıqlar" layihəsinin 2017-2018-ci tədris ilindən etibarən həyata keçirildiyi qeyd olunub.

Bildirilib ki, yeni tədris ilində layihəyə 100 yeni məktəb cəlb olunacaq. Beləliklə, 2020-2021-ci tədris ilində layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan və Şəki üzrə 222 məktəbin II-IX siniflərindən ibarət olan 100 mindən çox şagirdi və 1100-dən çox müəllimi əhatə edəcək.

Sonda layihə təmsilçiləri məktəb direktorlarının suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.