İQTİSADİYYAT


Rəqəmsal dünyanın ilk təcrübəçiləri

“Azercell-Lab” təcrübə proqramının qalibləri elan edilib

Ölkəmizdə telekommunikasiya sahəsinin inkişafı və gənclərin bu sahəyə olan marağını artırmaq istiqamətində bir sıra layihələr həyata keçirən “Azercell Telekom” MMC-nin mayda elan etdiyi “Azercell-Lab” ödənişli təcrübə proqramının ilk qalibləri artıq rəqəmsal dünyaya səyahətlərinə yola düşdülər. Təcrübəçilər iyulun 1-dən etibarən “IT-lab” və “Biznes-lab” inkubasiya mərkəzlərində telekom sahəsinin ən son trendləri ilə tanış olmaq fürsətindən istifadə edərək nəzəri biliklərini tətbiq edib, peşəkar mühitdə şirkətin real layihələrində iştirak edirlər. Təcrübə Proqramının ilk həftəsində “Azercell Akademiyası”nın professional tədrisçiləri tərəfindən “Azercell-Lab”ın rezidentlərini yeni nəsil rəqəmsal texnologiyalar ilə yaxından tanış etmək üçün xüsusi master klasslar və təlimlər təşkil olunub. Qaliblər 6 ay müddətində biznes və IT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışaraq ölkəmizin ən arzuolunan iş məkanlarından biri olan “Azercell” şirkətində karyeralarında ilk addımlarını atmaq üçün əvəzolunmaz fürsət əldə ediblər. Rəqəmsal texnologiyalara həvəsi olan gənclərə dəstək olmaq və onların telekommunikasiya sahəsinə marağını artırmaq məqsədi daşıyan bu layihənın qalibləri 600-dən çox namizəd arasında akademik fəaliyyəti və peşə bilikləri əsasında dəyərləndirilərək seçilib. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 190-dan çox tələbə “Azercell”də təcrübə keçmək fürsətindən yararlanıb. Onlardan 27-si isə artıq “Azercell” ailəsinə qoşulub.

Qeyd edək ki, müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirən “Azercell” şirkəti güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək qızıl sertifikatına sahib olub. “Azercell” ölkəmizdə “Qızıl sertifikat” qazanan ilk qurum olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.