ELM VƏ TƏHSİL


Rəsədxana əməkdaşları Fransada elmi-tədqiqat aparıblar

Rəsədxana əməkdaşları Fransada elmi-tədqiqat aparıblar

Bakı, 7 fevral, AZƏRTAC

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçiləri Zümrüd Vidadi və Şəbnəm Ağayeva GRANDMA (Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts) beynəlxalq layihəsi ilə əlaqədar Fransanın Paris şəhərində tədqiqat məktəbində və Nitsa şəhərində yerləşən Cote d'Azur Rəsədxanasında elmi ezamiyyətdə olublar.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.

Rəsədxana əməkdaşları Paris şəhərində tədqiqat məktəbinə qoşulub, Riviera Rəsədxanasında (Observatoire de la côte d’Azur) və Côte d’Azur Universitetində elmi tədqiqatda iştirak ediblər.

Səfərin əsas məqsədi GRANDMA və Côte d’Azur Rəsədxanası ilə tədqiqat əməkdaşlığı üçün “LIGO-Virgo”nun növbəti müşahidə kompaniyasına hazırlaşmaq və GRANDMA üzvləri arasında tədqiqat metodu üzrə təlim keçmək olub. Təcrübə proqramında ən müasir proqramların tədrisi həyata keçirilib. Müşahidə materiallarını işləmək və müxtəlif hesablamalar aparmaq üçün “STDpipe” adlanan əməliyyat üzərindən “Python”da hesablamalar aparılıb. Alınan hesablamalar növbəti nəşr olunacaq məqalənin tərtibi üçün toplanıb.

Əməkdaşlar qamma-şüa alışması kampaniyasının fotometrik və spektroskopik məlumatların çevrilməsi ilə bağlı növbəti məqalə üzərində işləyiblər. Məqalə son 50 ilin ən parlaq qamma-şüa alışması olan GRB 221009A alışmasının GRANDMA və KNC müşahidələri və onların nəticələri haqqındadır.

Rəsədxananın elmi işçiləri, eyni zamanda, Côte d’Azur Universitetində “Remote control” - uzaqdan idarəetmə sistemi vasitəsilə Calern Rəsədxanasının müşahidələrində iştirak ediblər.

GRANDMA həm fotometrik, həm də spektroskopik qurğulara malik teleskoplardan ibarət beynəlxalq şəbəkədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.