CƏMİYYƏT
Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları vebinarda iştirak ediblər
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də ABŞ-ın “Kinemetriks” şirkəti tərəfindən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti vebinar keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büronun rəis müavini Ruqiyyə Kərimova, büronun mühəndis proqramçısı Yeganə Muradova və mühəndisi Güllü Məhərrəmova vebinarda iştirak ediblər.
RSXM-nin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Dam platforması ilə əməliyyatların və bənd təhlükəsizliyinin təkmilləşdirilməsi” mövzusunda təşkil olunan vebinarda “Kinemetriks” şirkətinin İsveçrə üzrə direktoru Mohamed El İdrissi "Seysmikliyin su hövzələrinə təsiri" mövzusunda məruzə ilə çıxış edib.
Təqdimatdan sonra məruzə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.