MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanası cari il üçün metodik vəsaitləri oxuculara təqdim edib

Bakı, 26 yanvar, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası öz səmərəli fəaliyyətini davam etdirərək yeni metodik vəsaitləri oxuculara təqdim edib.

AZƏRTAC xəbər verir ki, şairə Mədinə Gülgünün 95 illiyinə həsr edilmiş “Dastana çevrilmiş həyat” adlı metodik vəsait Mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları, metodistlər üçün nəzərdə tutulub.

İstifadəçilər vəsaitdə əhatə edilən dolğun məlumatlar sayəsində birinci hissədə şairənin “Apardı sellər Saranı”, “Uşaqlıq da həyatdır”, “Yadıma Xəzər düşür”, “Yazılı nağıllar”, “Təbriz küçələri”, “Ağ badam çiçəkləri”, “Günlər və xatirələr”, “Arzu da bir ömürdür”, “Ömrə yelkən ümidlərim”, “Ömrün payız dayanacağı”, “Könlümü ümidlər yaşadar”, “Dünya şirin dünyadır” kitabları haqqında məlumat əldə edəcəklər. İkinci hissədə isə şairənin yaradıcılığı mövzusunda kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə kimi tədbirlər planının ssenarisi verilib.

İstifadəçilər http://clb.az/elmi-metodika_k74.html ünvanına daxil olmaqla vəsaitdən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.