Respublika Uşaq Kitabxanası yeni tövsiyə biblioqrafiyanı oxuculara təqdim edib
Bakı, 17 mart, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi “Azıx mağarası” adlı tövsiyə biblioqrafiyasını hazırlayaraq oxucuların ixtiyarına verib.
AZƏRTAC xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə olunan ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzu haqqında ətraflı məlumat verilib.
Tövsiyə göstəricisində kitablar, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş 92 adda materialların biblioqrafik təsviri öz əksini tapıb. Ədəbiyyat xronoloji prinsip əsasında, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb. 43 kitab, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materialların tam mətni istifadəçilərə təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]
“ANİMAFİLM” jurnalı işıq üzü görüb
- 13.05.2026 [14:57]
İçərişəhər nümunəsi: yaşayan irs və müasir şəhər inkişafı
- 13.05.2026 [14:19]