Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Roma Papası Fransiskdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Qoy Uca Tanrı ölkənizin bütün vətəndaşlarının maraqları naminə tərəqqi və rifaha yönəlmiş fəaliyyətinizdə Sizə yardımçı olsun.

Zati-aliləri, fürsətdən istifadə edərək Roma Papası seçilməyimin beşinci ildönümü münasibətilə mənə ünvanladığınız təbriklərə görə Sizə öz minnətdarlığımı bildirirəm və Allahdan xeyir-dualar diləyirəm. Ulu Tanrının mərhəmətinin Sizin, doğmalarınızın və bütün Azərbaycan xalqının üzərindən əskik olmaması üçün dualar edirəm.

Hörmətlə,

 

Fransisk

Roma Papası

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin