RƏSMİ SƏNƏDLƏR


Roma Papası Fransiskdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir. Ulu Tanrıdan diləyim odur ki, həmrəylik və ədalət naminə apardığımız ümumi işlərimizdə qoy bizə dəstək olsun, ölkənizin vətəndaşları ailə səadətinə və sosial rifaha qovuşsun, gəncləriniz gələcəyə ümidlə yaşasınlar.

Zati-alinizə, hökumətinizin üzvlərinə, o cümlədən bütün Azərbaycan xalqına Ulu Tanrının xeyir-duasını diləyirəm.

Hörmətlə,

 

Fransisk

Roma Papası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin