İDMAN


“Roma” klubu baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırır

Bakı, 4 may, AZƏRTAC

İtaliyanın “Roma” futbol klubu baş məşqçisi Paulo Fonseka ilə ayrılıq qərarını rəsmən açıqlayıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi 48 yaşlı mütəxəssisi mövsümün sonunda istefaya göndərəcək.

Daha əvvəl isə mediada “Roma”nın baş məşqçisi vəzifəsinə Maurisio Sarrinin gətiriləcəyi barədə xəbərlər yer alıb.

Qeyd edək ki, Fonseka 2019-cu ildən bu komandanı çalışdırır. “Roma” cari mövsümdə onun baş məşqçiliyi altında A seriyasında 55 xal toplayıb və turnir cədvəlində 7-cidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.