DÜNYA


Romada donuz taunu narahatlığa səbəb olub

Roma, 9 may, AZƏRTAC

İtaliyanın paytaxtı Romada ölən bir donuzda Afrika taunu aşkar edildikdən sonra piknik yerləri qadağan olunub, zibil qutuları hasarlanıb.

AZƏRTAC xəbər verir ki, səhiyyə orqanları vəba aşkar edildikdən sonra çöl donuzu populyasiyasını məhdudlaşdırmaq üçün tədbirlər görməyə başlayıb. Romanın şimalında müxtəlif bölgələrdə piknik yerləri qadağan edilib. Heyvanlara yem vermək və ya onlara yaxınlaşmaq da qadağan olunub. Təsirə məruz qalan bölgələrdəki əkinçilik əraziləri və qoruqlardan keçənlərdən ayaqqabılarını dezinfeksiya etmələri xahiş olunub.

Donuzlar üçün ölümcül, lakin insanlar üçün zərərli olmayan Afrika taunu İnsugerata təbiət qoruğunda ölü donuzun bədənində aşkar edilib. Bu, yanvar ayında İtaliyanın şimalındakı Piedmont bölgəsində aşkar edilən ilk hadisədən sonra ölkənin mərkəzi regionunda oxşar hadisə kimi qeydə alınıb.

Roma və ətrafında təxminən 23 min çöl donuzunun yaşadığı bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.