SİYASƏT


Roman Naudinş: Latviya ilə Azərbaycan arasında münasibətlərin dinamik inkişaf etməsini istəyirik

Bakı, 8 iyun, AZƏRTAC

Bakıda olmağımızdan çox şadıq. Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupu olaraq, ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişaf etməsini istəyirik.

Bunu AZƏRTAC-a müsahibəsində Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş bildirib.

Roman Naudinş deyib: “Bizim iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, idman və digər sahələrdə əlaqələrimizi inkişaf etdirmək üçün çox böyük imkanlarımız var. Əsas məqsədlərimizdən biri Latviya və Azərbaycanın iş adamları arasında biznes forumun keçirilməsi üçün platforma hazırlamaqdır. Ümid edirəm ki, COVID-19-la bağlı vəziyyət sabitləşərsə, bu ilin sonunda biznes forum təşkil edə bilərik. Bu, ölkələrimiz arasında ticarət əlaqələrinin daha da inkişafına kömək edə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.