İQTİSADİYYAT


Rumıniya mətbuatı Azərbaycanın Avropanın etibarlı qaz təchizatçısı kimi rolundan yazıb

Buxarest, 8 avqust, AZƏRTAC

Rumıniyanın enerji sahəsində qabaqcıl KİV-i “Focus Energetic” Azərbaycanın Avropa İttifaqının qaz təhlükəsizliyi istiqamətində rolu barədə geniş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolunun daha da gücləndiyi qeyd edilir. Diqqətə çatdırılır ki, TANAP-TAP qaz kəmərləri vasitəsilə Avropa istədiyi qazla təmin olacaq. BRUA və Rumıniyadan istiqamətlənən digər qaz kəmərləri, Rumıniyanın Avropanın enerji təhlükəsizliyində rolu, Rumıniyanın Transqaz şirkətinin ölkədə qaz infrastrukturuna verdiyi önəm və yatırdığı sərmayələr barədə məqalədə geniş məlumat verilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.