Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskudan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edib yarandığı gündən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Sizin liderliyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son illər dünyanın tanınmış qurumlarından birinə çevrilib. Mən qəti olaraq inanıram ki, Sizin himayənizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bundan sonra daha da inkişaf edəcək, sülh və qarşılıqlı anlaşmanın təşviqi, eləcə də gənc nəslin mədəni, etnik və dini kimliyinin təhsil vasitəsilə inkişaf etdirilməsi kimi məqsədlərinə milli və beynəlxalq səviyyədə nail olmaq istiqamətində səylərini davam etdirəcəkdir.

Mən xüsusilə Sizin himayənizlə keçirilən Qlobal Bakı Forumunu çox yüksək qiymətləndirirəm. Mən bu forumların hamısında iştirak etmişəm. Bu Forum Nobel Sülh Mükafatı laureatlarını, dünyanın yüksək nüfuzlu elm və mədəniyyət xadimlərini, demokratik siyasi liderləri və gənc nəslin nümayəndələrini bir araya toplamaq üçün gözəl imkandır. Mən Azərbaycanda keçiriləcək növbəti mühüm tədbirlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Emil Konstantinesku

Rumıniyanın sabiq Prezidenti (1996-2000)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin