RƏSMİ SƏNƏDLƏR


Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin sabiq üzvü Ramona Nikol Maneskudan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Ermənistanın işğalı altında olan ərazilərinizin azad edildiyi bu tarixi dönəmdə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf və məmnunluq duyuram.

Sizin əzmkarlığınız, ərazi bütövlüyünüzün təmin edilməsi ilə bağlı qətiyyətiniz, diplomatik və hərbi sahələrdə göstərdiyiniz cəsarət hazırda Azərbaycanın müasir tarixini müəyyən edir. Heç şübhəsiz, Siz xalqınızın tarixində xilaskar kimi əbədi qalacaqsınız.

Bundan başqa, Azərbaycan xalqı bütün dünyaya əzəmətli xalq olmağın əsas xüsusiyyətlərini - rəşadət və yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdi.

Çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Azərbaycanın rumıniyalı dostu olaraq bütün dünyaya göstərdiyiniz nümunəyə görə Sizi bir daha təbrik edirəm və Zati-alinizə təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

 

Ramona Nikol Manesku

Rumıniyanın sabiq xarici işlər naziri,

Avropa Parlamentinin sabiq üzvü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin