Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri, Novosibirsk Vilayətinin Qanunverici Məclisinin deputatı Mayis Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab İlham Əliyev.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə təbrik edirəm. Azərbaycan əhalisinin böyük əksəriyyəti sabitlik və mütərəqqi inkişaf yolunun davam etdirilməsinə səs verdi.

Sizin zəngin təcrübəniz, peşəkarlığınız, qarşıda duran son dərəcə mühüm vəzifələri uğurla həll etmək bacarığınız Azərbaycan Respublikasının bundan sonrakı inkişafı üçün də zəmin olacaqdır. Azərbaycan ilə Rusiya arasında konstruktiv əməkdaşlığın davam edəcəyinə ümidvaram.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Mayis Məmmədov

“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri,

Novosibirsk Vilayətinin Qanunverici Məclisinin deputatı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin