MƏDƏNİYYƏT
Rus Dram Teatrı sentyabr repertuarını açıqlayıb
Bakı, 21 iyul, AZƏRTAC
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 97-ci mövsümün ilk ayının repertuarını açıqlayıb.
AZƏRTAC teatrın repertuarını təqdim edir:
16 sentyabr - Premyera;
17 sentyabr - “Sanset bulvarı”;
22 sentyabr - “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”;
23 sentyabr - “Şəhrizadın daha bir gecəsi”;
24 sentyabr - “Senyor Todero-xuliqan”;
29 sentyabr - “Artistin taleyi”;
30 sentyabr - “Afina axşamları”.
Uşaqlar üçün:
16 sentyabr - “Gəlin, nağıla baxaq”;
17 sentyabr - “Nağılı tap-5”;
23 sentyabr - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;
24 sentyabr - “Nağılı tap-1”;
30 sentyabr - “Durnabalığının buyruğu ilə”.
Qeyd edək ki, sentyabrın 16-da premyerası olacaq tamaşanın adı bir qədər sonra açıqlanacaq. Teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.