İDMAN
“Rusiya-2018”: Serbiya millisi ilkin heyətini açıqlayıb
Bakı, 24 may, AZƏRTAC
Serbiya millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Sinişa Mixayloviç 23 futbolçuya dəvət göndərib.
Heyətdə qapıçılar - Vladimir Stoykoviç (“Partizan”, Serbiya), Marko Dmitroviç (“Eybar”, İspaniya), Predraq Raykoviç (“Maccabi-Tel-Aviv”, İsrail), Aleksandar Yovanoviç (“Orxus”, Serbiya), müdafiəçilər - Antonio Rukavina (“Villarreal”, İspaniya), Aleksandr Kolarov (“Roma”, İtaliya), Milan Rodiç (“Crvena Zvezda”, Serbiya), İvanoviç (“Zenit”, Rusiya), Spaiç (“Krasnodar”, Rusiya), Matiya Nastaşıç (“Şalke”, Almaniya), Duşko Toşiç (“Gvancou”, Çin), Miloş Velkoviç (“Verder Bremen”, Almaniya), Nicola Milenkoviç (“Fiorentina”, İtaliya), yarımmüdafiəçilər - Luca Milivoyeviç (“Kristal Palas”, İngiltərə), Nemayja Matiç (“Mançester Yunayted”, İngiltərə), Marko Qruiç (“Liverpul”, İngiltərə), Adam Lyaiç (“Torino”, İtaliya), Serqey Milinkoviç- Saviç (“Lazio”, İtaliya), Duşan Tadiç (“Saupqenton”, İngiltərə), Miyat Qacinoviç (“Ayntraxt”, Almaniya), Filip Kostiç (“Qamburq”, Almaniya), Andrea Jivkoviç (“Benfika”, Portuqaliya), Nemanya Radoniç (“Crvena Zvezda”, Serbiya), Nemanya Maksimoviç (“Valensiya”, İspaniya), hücumçular - Aleksandr Mitroviç (“Fulxem”, İngiltərə), Aleksandr Priyoviç (“PAOK”, Yunanıstan), Luka Coviç (“Aytntraxt”, Almaniya) yer alıblar.
Qeyd edək ki, Serbiya yığması Rusiyada keçiriləcək dünya çempionatında Kosta-Rika, Braziliya və İsveçrə ilə eyni qrupda mübarizə aparacaq.