DÜNYA
Rusiya Bankı 2014-cü ildən bəri ilk dəfə olaraq əsas faiz dərəcəsini artırıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Rusiya Bankı əsas faiz dərəcəsini 0,25 faiz bənddən 7,5 faizədək artırmaq barədə qərar qəbul edib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, son 4 il ərzində bu, ilk dəfədir baş verir. 2014-cü ildən bu göstərici yalnız azalırdı. Bu il Rusiyanın Mərkəzi Bankı da əsas faiz dərəcəsini iki dəfə - fevral və mart aylarında 0,25 faiz bəndi azaldıb, sonra isə fasilə götürüb.
İyun ayında tənzimləyicinin rəhbəri Elvira Nabiullina bəyan edib ki, neytral pul-kredit siyasətinə keçid ehtimalı artıq 2018-ci ildə çox azalıb və indi o, 2019-cu ildə gözlənilir. Məqsədli inflyasiya zamanı 4 faizli neytral əsas faiz dərəcəsini Mərkəzi Bank 6-7 faiz, yəni targetdən 2-3 faiz bəndi yuxarı dəyərləndirib.
Rusiya Bankı əsas faiz dərəcəsini pul-kredit siyasətinin aləti kimi 2013-cü il sentyabrın 13-də tətbiq edib. Bu, inflyasiyanın targetləşdirilməsi rejiminə keçid çərçivəsində aşkarlığın artırılması məqsədi ilə həyata keçirilib.