Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz uzaqgörən və müdrik siyasi xadim, öz ölkəsinin mənafelərini ardıcıl surətdə müdafiə edən həqiqi vətənpərvər insan kimi haqlı olaraq həm Azərbaycan Respublikasında, həm də onun hüdudlarından kənarda böyük nüfuz və hörmət qazanmısınız.

Müasir Azərbaycanın uğurları, onun iqtisadi, siyasi və beynəlxalq mövqelərinin möhkəmlənməsi, əhalisinin rifah səviyyəsinin yüksəlməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Bütün bunlar sübut edir ki, Siz atanız, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başlatdığı şərəfli işi ləyaqətlə davam etdirirsiniz.

Bizim xalqlarımız arasında çoxəsrlik tarixə malik olan xüsusi dostluq münasibətləri vardır. Biz bunu yüksək qiymətləndiririk.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Xızrı Şıxsəidov

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin