RƏSMİ XRONİKA
Rusiya Federasiyası Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Slutskidən
Hörmətli İlham Heydər oğlu,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və bütün əməksevər Azərbaycan xalqına möhkəm cansağlığı, yeni uğurlar arzulayıram.
Müasir Azərbaycan Sizin rəhbərliyinizlə çox böyük sürətlə inkişaf edir, respublika qısa müddətdə dünyanın siyasi və iqtisadi xəritəsində ən nəzərəçarpan dövlətlərdən birinə çevrilmişdir. Siz müstəqil Azərbaycanın qurucusu, atanız böyük Heydər Əliyevin ənənələrini davam etdirərək və zənginləşdirərək doğma ölkənizi sülh, sabitlik və firavanlıq yolu ilə inamla irəli aparırsınız.
Əminəm ki, Rusiya ilə Azərbaycan arasında zamanın sınağından çıxmış, etimada əsaslanan münasibətlər həmişə xalqlarımızın rifahı naminə yüksələn xətt üzrə inkişaf edəcəkdir.
Sizin səmimi ailənizə xoşbəxtlik və uğurlar arzulayıram.
Hörmətlə,
Leonid Slutski
Rusiya Federasiyası Dövlət Dumasının
Müstəqil Dövlətlər Birliyi, Avrasiya İnteqrasiyası və
Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri