Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının müstəqilliyinin elan edilməsinin 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu illər ərzində Azərbaycan ölkənin modernləşməsində, sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb. Cəmiyyətdə sabitlik və həmrəylik, fəal xarici siyasət kursu respublikanın beynəlxalq nüfuzunun möhkəmlənməsinin etibarlı əsasına çevrilib.

Sizin bütün həyatınız və əzmkar fəaliyyətiniz göstərir ki, Siz müasir çiçəklənən Azərbaycanın əsasını qoymuş böyük atanızın işinin layiqli davamçısısınız.

Rusiya ilə Azərbaycanı möhkəm dostluq və qarşılıqlı yardım ənənələri bağlayır. Bu ənənələr xalqlarımız tərəfindən həmişə qayğı ilə qorunub saxlanılıb və nəsildən-nəslə ötürülüb. Əsasən mehriban qonşuluq, etimad və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində təşəkkül tapmış bu sıx münasibətlər bundan sonra da hərtərəfli şəkildə möhkəmlənəcək.

Qardaş Azərbaycan xalqına səmimi qəlbdən yeni-yeni nailiyyətlər, xoşbəxtlik, sülh və firavanlıq arzu edirəm.

Səmimi hörmətlə,

 

İlyas Umaxanov

Rusiya Federasiyası Federal Məclisinin

Federasiya Şurasının sədr müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin