Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müasir Azərbaycanın uğurları, onun iqtisadi, siyasi və beynəlxalq mövqelərinin möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır. Siz uzaqgörən və müdrik siyasi xadim kimi haqlı olaraq həm öz vətəninizdə, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazanmısınız. Sizin fəaliyyət xəttinizin çoxmillətli Azərbaycan xalqı tərəfindən haqlı olaraq dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti seçkilərində növbəti inandırıcı qələbəyə çevrildi. Sizin rəhbərliyinizlə həyata keçirilən dəyişikliklər və iri layihələr atanız, Azərbaycan xalqının dahi oğlu və ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin şanlı işlərinin layiqli davamıdır.

Müxtəlif missiyaların və nümayəndə heyətlərinin işində iştirak edən Rusiya təmsilçiləri, o cümlədən dağıstanlılar hər dəfə sizin respublikanın qazandığı şəksiz nailiyyətlərin şahidi olurlar. Əminəm ki, çoxəsrlik qarşılıqlı hörmət, səmimiyyət və etimad ənənələri bundan sonra da xalqlarımız arasında qardaşlıq münasibətlərinin, habelə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun tərkib hissəsi olan Dağıstan Respublikası arasında əməkdaşlığın böyük potensialının həyata keçirilməsinin əsası olacaq. Sizinlə şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm və Sizinlə görüşləri həmişə ən xoş duyğularla xatırlayıram.

Möhtərəm İlham Heydər oğlu, Sizə ən xoş arzularımı, möhkəm cansağlığı, əmin-amanlıq, tükənməz qüvvə və enerji diləyir, Azərbaycan naminə bütün təşəbbüslərinizdə Sizə yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

Xızrı Şıxsəidov

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin