Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycanın müstəqillik əldə etməsindən ötən onilliklər ərzində ölkədə dövlət quruculuğunda, iqtisadiyyatın və sosial sahənin inkişafında strateji yüksəliş baş verib.

Aşkardır ki, ölkənin nailiyyətlərinin çoxu məhz Sizin adınızla bağlıdır və mühüm məsələlərin həllinə peşəkar, ölçülüb-biçilmiş yanaşmanın nəticəsidir. Bu gün respublika özünün zəngin və bənzərsiz mədəniyyətini qoruyub saxlayır, çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrini zənginləşdirir.

Bu ənənələr əsasında xalqlarımız arasında yaranmış etimad və tərəfdaşlıq mühiti qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın daha da genişlənməsi üçün mühüm amildir. Anadan olmasının 100 illiyini 2023-cü ildə qeyd edəcəyimiz böyük Rəsul Həmzətovun yazdığı kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim ədəbi qardaşlığımızdan danışsın!

Hörmətli İlham Heydər oğlu, icazə verin, Zati-alinizə səmimi-qəlbdən tükənməz enerji, işlərinizdə böyük uğurlar, Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq arzularımı bildirim.

Hörmətlə,

 

Sergey Məlikov

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin