RƏSMİ SƏNƏDLƏR


Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə şəxsən öz adımdan və bütün Həştərxan sakinləri adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmağa şadam.

Biz xalqlarımızın tarixi dostluğunu əziz tuturuq və bu bayramın sevincini Azərbaycan sakinləri ilə səmimi qəlbdən bölüşürük.

İnanırıq ki, biz Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ənənələrini bundan sonra da fəal şəkildə artıracağıq. Sizə və Sizin gözəl ölkənizin bütün sakinlərinə səmimi qəlbdən xoş bayram əhval-ruhiyyəsi, cansağlığı, firavanlıq və Azərbaycan dövləti naminə qurucu əməyinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

 

Aleksandr Jilkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin