Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz dünya arenasında layiqli nüfuz qazanıb, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində mühüm rol oynayır.

Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Bütün səviyyələrdə məzmunlu siyasi dialoq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurulub.

Əminəm ki, biz tərəfdaşlıq əlaqələrimizin bütün kompleksini bundan sonra da birgə səylərimizlə inkişaf etdirəcəyik. Bu əlaqələr ölkələrimizin dost xalqlarının köklü mənafelərinə cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında inkişaf edir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına sülh və rifah arzu edirəm.

Hörmətlə,

 

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin