Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.

Keçirilmiş seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbəsi bu partiyanın ölkədə aparıcı siyasi qüvvə kimi liderliyini, onun ümummilli siyasətinin və çoxplanlı fəaliyyətinin Rusiya xalqı tərəfindən yüksək qiymətləndirilməsini bir daha təsdiq etdi.

Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq xarakterli ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da möhkəmlənəcək.

Fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Rusiyanın xalqına isə firavanlıq və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 sentyabr 2021-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin