Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin inamlı qələbəniz daha güclü və gündən-günə inkişaf edən Azərbaycanın gələcəyi naminə yürütdüyünüz siyasi xətti seçicilərin yüksək səviyyədə dəstəklədiyini sübut etdi.

Sizin parlaq liderlik keyfiyyətləriniz, müdrik və uzaqgörən siyasi xadim nüfuzunuz doğma Vətənə bundan sonra da sədaqətlə xidmət edəcəyinizin təminatıdır.

Əminəm ki, Sankt-Peterburq ilə Azərbaycan arasında ənənəvi dostluğa və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq bundan sonra da dərinləşəcək və möhkəmlənəcəkdir.

2015-ci ilin oktyabrında Bakıdakı görüşümüzü məmnunluq hissi ilə xatırlayıram və səmərəli əlaqələrimizi bundan sonra da davam etdirməyə ürəkdən şad olaram.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, tükənməz enerji, yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

 

Georgi Poltavçenko

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin