Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizə müdrik dövlət xadimi, istedadlı rəhbər, güclü və əzmkar şəxsiyyət kimi dərin hörmət bəsləyirəm.

Şadam ki, Azərbaycan Respublikası ilə Rusiyanın Sverdlovsk vilayəti arasında zamanın sınağından uğurla çıxmış möhkəm iqtisadi və mədəni əlaqələr vardır. Əminəm ki, çoxcəhətli tərəfdaşlığımız bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Sizə uzun ömür, möhkəm cansağlığı, tükənməz enerji, nikbinlik və daha böyük quruculuq əzmi arzu edirəm. Qoy, bütün işləriniz və təşəbbüsləriniz uğurlu olsun, həyatınızda yalnız yaxşı dəyişikliklər baş versin.

Hörmətlə,

Yevgeni Kuyvaşev

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin