Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri İslam Hüseynovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyiniz və səyləriniz sayəsində Azərbaycan Respublikası gündən-günə inkişaf edir, sosial, iqtisadi və dini-mənəvi sahələrdə yeni-yeni uğurlar qazanır. Siz Azərbaycanın gələcək maraqlarına cavab verən mühüm dövlət islahatlarını uğurla həyata keçirirsiniz.

Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə Sizin verdiyiniz töhfələri yüksək dəyərləndiririk. Azərbaycan Respublikası ilə Ulyanovsk Vilayəti arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına göstərdiyiniz diqqət və dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

 

İslam Hüseynov

Rusiya Federasiyasının “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni

Muxtariyyəti” İctimai Təşkilatının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin