DÜNYA


Rusiyada qanunsuz yaşayan əcnəbilərin ölkədən məcburi çıxarılmasına sentyabrın 30-dək moratorium qoyulub

Moskva, 15 iyun, AZƏRTAC

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyadan məcburi çıxarılmasına sentyabrın 30-dək moratorium qoyulub.

AZƏRTAC xəbər verir ki, iyunun 15-də Prezident Vladimir Putin bununla bağlı Fərman imzalayıb.

Rusiya DİN-in saytında yerləşdirilmiş məlumatda bildirilir ki, bu ölkədə qanunsuz yaşayan əcnəbilər sentyabrın 30-dək polisə müraciət edərək sənədlərini rəsmiləşdirə bilərlər. Fərmana əsasən, güzəştlər həbsxanadan çıxmış və ya Rusiyanın milli təhlükəsizliyi üçün təhdid yaradan əcnəbilərə aid deyil.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar imzalanmış əvvəlki belə sənədin vaxtı iyunun 15-də bitib.

Hazırda martın 15-dək Rusiyaya gəlmiş və bu ölkədə qalmağa qanuni hüququ olmayan şəxslər polisə müraciət edərək sənədlərini qaydaya sala bilərlər. Bu qayda aviasiya əlaqəsi bərpa olunandan sonra Rusiyanı tərk etmiş əcnəbilərə də aiddir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.