İQTİSADİYYAT
Rusiyalı nazir: Gələn il gündəlik neft tələbatı 1,4 milyon barrel artacaq
Moskva, 15 noyabr, AZƏRTAC
Rusiyanın Energetika Nazirliyi 2020-ci ildə qlobal neft tələbatının sutkada 1,4 milyon barrel artacağını ehtimal edir.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Energetika naziri Aleksandr Novak “Energetiçeskaya politika” jurnalında çıxan məqaləsində gələn il neftə olan gündəlik tələbatın 1,4 milyon barrel artacağını, cari ildə isə bu rəqəmin 1 milyon barrel təşkil etdiyini bildirib. Nazir qeyd edib ki, bu il neft tələbatı “ticarət müharibələri” fonunda azalıb. Lakin gələn il gündəlik tələbatın artacağı proqnozlaşdırılır.
A.Novakın fikrincə, qaza olan tələbat isə yaxın illərdə sürətlə, təxminən 5 faiz və daha çox artacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]