Rusiyalı turist: Novruz bayramında Bakıda olmağımızdan çox məmnunuq
AzerTAg.az

Bakı, 21 mart, Emil Məlikov, AZƏRTAC
Ölkənizə Rusiyanın Kazan şəhərindən gəlmişik. Əsrarəngiz şəhəriniz və gözəl təbiəti olan ölkəniz var. Mətbəxiniz çox dadlıdır, insan yedikcə dadından doymur. İnsanlarınız mehriban və qonaqpərvərdir. Hazırda ölkənizdə Novruz bayramı qeyd olunur. Bakının demək olar ki, əksər yerlərində bayram şənlikləri təşkil olunub. Bunun sayəsində də çox əylənirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İçərişəhərdə təşkil olunan “Bayram qalası” adlı təntənəli Novruz şənliyində iştirak edən rusiyalı turist Sabina Taqiyeva deyib.
“İlk dəfədir ki, ölkənizdəyik. Bizim buraya gəlməyimiz bu şənliklərin keçirilməsinə təsadüf etdiyi üçün bundan çox məmnunuq və əyləncəli günlər yaşayırıq. Bayram şirniyyatını daddıq, şirniyyatınızı da çox sevdik. Bu xoş günləri bizə yaşatdığınız üçün dövlətinizə, millətinizə təşəkkürümüzü bildiririk, həmçinin Novruz bayramınızı səmimi qəlbdən təbrik edirik”, - deyə rusiyalı turist qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var