Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Zati-aliləri, Rusiya Federasiyasında yaşayan Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır və gələcəyə inamla baxır. Bu uğurda Sizin çox böyük xidmətiniz bizim hər birimizdə minnətdarlıq və qürur hissi doğurur. Beynəlxalq arenada Azərbaycanın maraqlarının qorunmasında Sizin sarsılmaz mövqeyiniz, daxili və xarici siyasətdə ölkə üçün taleyüklü qərarlar qəbul etməyiniz, bütün dünyada çoxmillətli Azərbaycan diasporunun ehtiyaclarına daimi diqqətiniz Sizə haqlı olaraq qətiyyətli və ardıcıl dövlət siyasətçisi kimi nüfuz və hörmət qazandırıb.

Siz Rusiya Federasiyasının əsl dostu kimi müxtəlif sahələrdə qarşılıqlı faydalı Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Əziz İlham Heydər oğlu, bu xoş gündə Sizə möhkəm cansağlığı və gözəl Vətənimiz Azərbaycanın firavanlaşması naminə yeni böyük uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,

 

Fazil Qurbanov

Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin