Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın Dərbənd şəhərindəki “Dədə Qorqud” Xeyriyyə Fondunun sədri Rafiq Mövsümovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdəki qələbəniz qardaş Azərbaycan xalqının Sizə etimadının və Sizi dəstəkləməsinin göstəricisidir. Ümidvaram ki, Azərbaycan ilə Dağıstan arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcək. Respublikalarımız arasında əlaqələrin çoxəsrlik tarixi var. Ötən müddətdə bizim dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə çatıb. Biz siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində və sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzu edirəm.

Hörmətlə,

 

Rafiq Mövsümov

Rusiya Federasiyasının Dərbənd şəhərindəki “Dədə Qorqud” Xeyriyyə Fondunun sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin