Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “LUKOİL” şirkəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Son illər Azərbaycan dövlətçiliyin, vətəndaş cəmiyyətinin və diversifikasiya olunmuş iqtisadiyyatın möhkəmləndirilməsi yolunda böyük nailiyyətlər əldə etmişdir. Sizin rəhbərliyiniz ilə respublikada davamlı, dinamik sosial-iqtisadi inkişafa yönəlmiş fəal islahatlar davam etdirilir. Bu quruculuq siyasətinin uğurları ölkənin indiki və gələcək tərəqqisi üçün etibarlı zəmindir. “LUKOİL”un Azərbaycandakı layihələrinə hər zaman verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Öz tərəfimdən bir daha əmin edirəm ki, bütün öhdəliklərimizi dəqiq yerinə yetirməyə və azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazırıq.

Sizə bir daha dərin hörmətimi bildirir və səmimi qəlbdən cansağlığı, səadət, Azərbaycan Respublikasının rifahı naminə heç də asan olmayan fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

 

Vahid Ələkbərov

Rusiyanın “LUKOİL” şirkətinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin