Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “VTB Bank”ın İdarə Heyətinin, kollektivinin adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz görkəmli milli lider kimi Azərbaycanın iqtisadiyyatda və sosial sahədə nailiyyətlərinə görə haqlı olaraq fəxr edən, beynəlxalq aləmdə nüfuz qazanmış müasir dinamik dövlət kimi inkişaf etməsi üçün çox iş görmüsünüz.

Rusiya Federasiyasında Azərbaycan Respublikası ilə tarixi dostluq əlaqələrini, mehriban qonşuluq münasibətlərini və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığı yüksək qiymətləndirirlər. “VTB Bank”ın Azərbaycanda səmərəli fəaliyyəti, Azərbaycan Dövlət Neft Fondunun onun kapitalında iştirakı iki ölkənin qarşılıqlı əməkdaşlığının möhkəmliyini və strateji xarakterini sübut edən mühüm amillərdir.

Hörmətli İlham Heydər oğlu, Azərbaycanın inkişafı, xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq.

Zati-aliləri, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq diləyirik.

Hörmətlə,

 

Andrey Kostin

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin