Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin adınız Azərbaycan Respublikasının təşəkkülü və inkişafı salnaməsinə iqtisadi islahatların və dövlətçiliyin möhkəmlənməsinin memarı kimi qızıl hərflərlə yazılıb. Dövlət başçısı kimi ali vəzifədə fəaliyyət göstərdiyiniz illər ərzində Siz haqlı olaraq vətəndaşların hörmətini və sevgisini qazanmısınız. Bu gün Azərbaycan zəngin milli ənənələrini qayğı ilə qoruyub saxlayır, bütün dünyaya çox güclü sosial-iqtisadi dəyişiklikləri, vətəndaşların rifahının durmadan yüksəlməsini, respublikanın beynəlxalq aləmdə nüfuzunu nümayiş etdirir. Əminəm ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə daha güclü, firavan dövlət quruculuğu yolunu davam etdirəcək.

Hörmətli İlham Heydər oğlu, ölkənizin və onun vətəndaşlarının rifahı naminə Sizə səmimi qəlbdən yeni uğurlar və qələbələr, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Mixail Qutseriyev

“RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin

Direktorlar Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin