Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu bayram respublikanın doğma torpağa sevgi, müstəqil və güclü Azərbaycanın gələcəyinə inam hissi ilə yaşayan bütün vətəndaşlarının birliyinin rəmzidir.

Sizin yorulmaz fəaliyyətiniz sayəsində bu gün Azərbaycan tərəqqi yolunda inamla irəliləyən, öz uğurlarına görə haqlı olaraq fəxr edə biləcək müasir demokratik dövlətdir. Sosial sahə, sənaye, kənd təsərrüfatı böyük sürətlə inkişaf edir, Azərbaycan xalqının çox böyük elmi, intellektual və mədəni potensialı reallaşır.

Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, başqa ölkələrlə, o cümlədən Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq möhkəmlənir. Əminəm ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq bütün istiqamətlərdə - siyasi, iqtisadi və mədəni sahələrdə bundan sonra da yeni nailiyyətlərlə zənginləşəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi, sülh, əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

 

Mixail Qutseriyev

“SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin