ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YAŞAYIŞ BİNASI TİKİLİR
Biləsuvarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün dövlət vəsaiti ilə səkkiz mənzilli bina tikilir.
İcra hakimiyyətindən AZƏRTAC-a bildrmişlər ki, hazırda obyektdə tamamlama işləri görülür. Yeni mənzillərin yaxın vaxtlarda öz sahiblərinə təhvil verilməsi nəzərdə tutulur. Rayonun daxili imkanları ilə tezliklə daha bir binanın binövrəsi də qoyulacaqdır.